Emerinin yerinə 3 namizəd açıqlanıb

27 Noyabr 2019 17:11 (UTC+04:00)

“Arsenal” baş məşqçisi Unai Emeri ilə yollarını ayıra bilər. SİA-nın məlumatına görə, İspan mütəxəssisin yerinə üç namizəd müəyyənləşib. Bunlar Maurisio Poçettino, Massimiliano Alleqri və Mikel Artetadır.

Poçettino və Alleqri hazırda işsizdir, Arteta isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisidir.

“Arsenal” Premyer Liqada 18 xalla 8-ci sırada qərarlaşıb.