Moskvadan Ermənistana 120 kiloqramdan çox kolbasa ixracına icazə verilməyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Federal Baytarlıq və Fitosanitar Nəzarətinin (Rosselxoznadzor) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (Rosselxoznadzor) Moskvadan Ermənistana 124 kq kolbasa ixracını qadağan edib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, şirkət Vnukovo hava limanındakı müvəqqəti saxlama anbarına, Ermənistana göndərilməsi üçün nəzərdə tutulmuş kolbasa məmulatları yığılıb.
Qeyd olunur ki, kolbasa məmulatıarının təyyarələrin göyərtələrinə yüklənməsi qadağan edilib.