Suriyada partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 17 nəfər ölüb

27 Noyabr 2019 05:20 (UTC+04:00)

Suriyanın Ras əl-Ayn şəhərinin qərbindəki Tell-Xələf kəndində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik partlayışa görə PKK və YPG terror qruplaşmalarını günahlandırıb.

“PKK/YPG terror qruplaşmaları mülki şəxslərin məskunlaşdığı ərazilərdə avtomobillərin partladılmasını davam etdirir”, deyə nazirliyin “Twitter” səhifəsində qeyd olunub.