Azad Şabanov xanımı ilə tanışlığından danışıb VİDEO

25 Noyabr 2019 14:04 (UTC+04:00)

Müğənni Azad Şabanov xanımı ilə tanışlığından danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edib: "Bir gün musiqi müəlliməmin evinə gedərkən bir xanımla rastlaşdım, xoşuma gəldi. Müəlliməmdən onun barəsində soruşdum. Bir həftə sonra müəlliməm dedi ki, bu qız yox, başqa yerdə çalışan bir xanım var, o sənə lazımdır. Həyat yoldaşım da maraqlanıb, onun zövqü yaxşıdır və xanımlardan başı çıxır. Həqiqətən də elə oldu ki, müəlliməmin dediyi qızla ailə qurdum".