Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika arasında görüş keçirilib. SİA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.
Görüşdə həmçinin Cənubi Qafqazdakı vəziyyət, o cümlədən regionda sabitlik məsələləri üzrə beynəlxalq müzakirələrin 15-ci raundunun yekunları, eləcə də Belarusla bağlı vəziyyət müzakirə edilib.