Türkiyədən qaçan Arif Erdemin yeri müəyyənləşib

23 Noyabr 2019 21:59 (UTC+04:00)

FETÖ terror təşkilatına üzv olmaqda təqsirli bilindiyi üçün Türkiyədən qaçan Arif Erdemin yeri müəyyənləşib.

SİA xəbər verir ki, onun harada olduğu eyni səbəblə ABŞ-a sığınan Türkiyə millisinin sabiq üzvü Hakan Şükürün sosial şəbəkədə etdiyi paylaşımdan sonra bəlli olub.

Belə ki, "Qalatasaray"ın sabiq futbolçusu özünün "Tvitter" hesabında "Qalatasaray"-"Başakşəhər" matçını Arif Erdemlə birgə izlədik" yazıb.