Soyqırım arzuları ürəklərində qalan ermənilərə daha bir zərbə

22 Noyabr 2019 17:37 (UTC+04:00)

Daha bir ABŞ senatoru erməni soyqırımı qətnaməsini bloklayıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, ABŞ Senatında Osmanlı İmperiyasında 1915-ci il qondarma Erməni Soyqırımını tanıyan ikitərəfli bir qətnamə ətrafında müzakirələr aparılıb.

Məlumatda qeyd olunur ki, senatorların bir neçəsi həmkarlarını yalançı qətnaməyə qoşulmağa çağırsa da, ancaq çıxış edən respublikaçı senator David Perdue və həmkarı Lindsi Qrem qətnamə layihəsinə veto qoyub.
Göründüyü kimi Ermənilərin qondarma soyqırım arzuları bir daha ürəklərində qaldı. Erməni soyqırımı qətnaməsinin daha bir ABŞ senatoru tərəfindən bloklanması ermənilərin bu arzularının puç olduğunu və ümidlərinin də mənasızlığını təsdiqəməklə yanaşı, onlar üçün növbəti zərbə hesab olunur.