““Milli Şura” artıq Cəmil Həsənlini yola salmaq istəyir” RƏY-ÖZƏL

22 Noyabr 2019 15:55 (UTC+04:00)

"Milli Şuranın sədrliyinə T.Yaqublunun gətirilməsi barədə daxili müzakirələrin aparılması haqqında məndə məlumat yoxdur". Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, amma sizin dediklərinizə əsaslansaq bu o deməkdir ki, “Milli Şura” artıq C.Həsənlini yola salmaq istəyir: "Hazırkı sədr yaşlıdır, nə bacardısa potensialını ortaya qoydu. Bundan artığını vermək iqtidarında deyil. T.Yaqublu isə nisbətən gəncdir. Əli Kərimlinin tam istədiyi şəxsdir. Bu minvalla AXCP sədri əzəli rəqibi Müsavat partiyasından da müəyyən qopmalar qazana bilər. Onsuz da son dönəmlər Müsavat rəhbərliyi ilə T.Yaqublu arasında ziddiyyətlər daha da gərginləşib. Arada dərin uçurum yaranıb. Demək T.Yaqublunun da Müsavatda qalacağı an məsələsidir".