Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb

22 Noyabr 2019 06:29 (UTC+04:00)
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb. SİA xəbər verir ki, qəza "NZS" qəsəbəsində qeydə alınıb. 2 minik avtomobilinin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Səfərova Narınc Səfər qızı və 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Nizami oğlu xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. N.Səfərovaya sol gözüstü nahiyənin, N.Məmmədova isə qolun və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.