Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edildi

21 Noyabr 2019 17:14 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə YAP Binəqədi rayon təşkilatı, Binəqədi rayon icra hakimiyyəti, Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı ("Xaliq Faiqoğlu" şirkəti) ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının 27 illik tarixindən və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının layihələrindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tarixi və siyasi proseslərə nəzərə salaraq qeyd edib ki, bu partiya yenicə müstəqilliyinə qovuşmuş bir ölkənin yenidən parçalanmaq təhlükəsi qarşısında qaldığı bir zamanda, ölkənin mütərəqqi fikirli insanlarının, ziyalılarının təşəbbüsü, Ulu Öndərin müdrikliyi sayəsində yaradılıb: "Çox qısa müddətdən - cəmi 7 aydan sonra hakimiyyətə gəldi və gəlişi ilə Azərbaycan tarixində yeni bir inkişaf dövrünün başlanğıcını qoydu. Bu gün də Ümummilli Lider Heydər Əliyevin idelayaları, siyasi kursu ölkəmizdə uğurla davam etdirilir və ölkəmizin bugünkü inkişafına şərait, gələcək inkişafına əsaslı zəmin yaradır". Rayon təşkilatının sədri, həmçinin, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi və sosial layihələrdən danışıb.
Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında vurğulayıb ki, bu gün YAP-ın yaradılmasının 27 illiyi münasibətilə təşkil edilmiş təntənəli mərasimdə Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!" ifadəsini qürurla və fəxarətlə səsləndiririk. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl surətdə davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir.
YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı ("Xaliq Faiqoğlu" şirkəti) ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 27 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik edib. Qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın və vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində Ümummilli Liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri-qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır.
Tədbirin rəsmi hissəsi başa çatdıqda sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup şəxs Fəxri Fərmanla təltif edilib. YAP sıralarına qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA