“Rusiyanın vasitəçiliyi bizdə müəyyən qədər şübhələr yaradır” RƏY-ÖZƏL

21 Noyabr 2019 14:08 (UTC+04:00)

"Ermənistana rəsmi səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni maraqlarına uyğun açıqlaması yəqin onun şəxsi fikri deyil". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, görünür Moskvada çox təəssüf ki, belə düşünənlər az deyil: "Faktiki Lavrov Azərbaycanın işğal edilən ərazisi olaran Dağlıq Qarabağın maraqlarının nəzərə alınmasını vurğuladı. Düzdür Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri Sergey Lavrovun fikirlərini bir qədər korrektdə edərək deyib ki, münaqişənin həlli Dağlıq Qarabağdakı bütün xalqların maraqlarına uyğun olmalıdır. Yəni demək istəyirlər ki, Dağlıq Qarabağa qayıdan azərbaycanlılarında maraqları nəzərə alınmalıdır. Amma orada Sergey Lavrova verilən suallara verilən cavab bir daha onu bizə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli problematikdir. Amerikalı diplomatlar və həmsədrlərdən mən necə dəfə eşitmişəm ki, onlar bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mərhələsində Dağlıq Qarabağ ətrafında ki, ən azı 5 rayon boşaldılmalıdır. Bu sözü isə heç vaxt Sergey Lavrovdan eşitməmişik. Belə olan halda Rusiyanın vasitəçiliyi də bizdə müəyyən qədər şübhələr yaradır. Onu da nəzərə alaq ki, bir qədər əvvəl Rusiya Dövlət Dumasının komitəsinin sədr müavini Zatulində qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, eyni zamanda 2 gün öncə Rusiya televiziya kanalına müsahibəsində deyir ki, “onsuzda Dağlıq Qarabağ müstəqildir, uzaq başa 5 rayonu Azərbaycana qaytara bilərlər”, yəni onun ağzının üstündən heç kəs vurmur. Bir sözlə, Rusiyanın vasitəçiliyi ilə bağlı bizdə haqlı suallar yardır".