ATƏT sədri Azərbaycana gəlir

21 Noyabr 2019 13:02 (UTC+04:00)

Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, M. Layçak noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasiminə qatılacaq.