Gülbahar: "Zaur, səni ərimin il mərasiminə buraxmayacam"

21 Noyabr 2019 12:40 (UTC+04:00)

Əməkdar artist Gülbahar Şükürlü verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda qarmon ifaçısı ilə aparıcı Zaur Kamal barışıb.

Zaur Gülbahar xanımın ondan inciməsinin səbəbini açıqlayıb: "Dekabrın 19-da Gülbahar xanımın həyat yoldaşı dünyasını dəyişdi. Həmin gün ad günüm idi. Zahid bəy də Gülbahara deyib ki, Zaura hədiyyə göndər. Həmin gecə rəhmətə gedib. Səhvimi başa düşürəm. İlinə az qalıb, gələcəm".

Şükürlü Zaurun bu sözlərinə belə cavab verib: "Mərhum həyat yoldaşım ölümündən öncə dedi ki, səni sabah aparacam, Zaurun hədiyyəsini verib, qayıdarıq. Həmin gecə də öldü. Zaur, səndən küsmədim, incidim. İnsan iki-üç dəfə evlənər. Amma bir dəfə ölür. Gəlib baş çəkməliydin. Zahid səni çox istəyir, hörmət edirdi. Biz tərəfdə yasa, cümə axşamına və 40 mərasiminə gəlməyəni, ilə buraxmırlar".