Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər.
SİA xəbər verir ki, ispaniyalı həmkarlarımız hücumçunun İtaliya “Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər.
Bildirilir ki, Turin təmsilçisi K.Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıdacaq.
Qeyd edək ki, K.Ronaldo 2003-09-cu illərdə “Mançester Yunayted”də çıxış edib. “Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdir.