Samuxda qaz sızması nəticəsində ev partladı - yaşlı kişi yandı

20 Noyabr 2019 23:52 (UTC+04:00)

Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış olub.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Nəbiağalı kəndində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ev sahibi - 82 yaşlı Səttar Xəlilov ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun üz nahiyəsinin, eləcə də bədəninin müxtəlif nahiyələrinin yandığı bildirilir.

İlham Məmmədov