Azərbaycan terrorçuluq səviyyəsi az olan ölkələrdəndir

20 Noyabr 2019 18:50 (UTC+04:00)

Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb. SİA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun “Global Terrorism Index 2019” reytinqində deyilir.

Azərbaycan bu reytinqdə 103-cü yerdə qərarlaşıb.

Terrorçuluq səviyyəsinə görə ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya hesab olunub.

Reytinqdə qeyd olunub ki, terrorçuluq nəticəsində ölüm halları dörd il ardıcıl azalmaqdadır.

2018-ci ildə 103 ölkədə azı 1 terror aktı törədilib, 71 ölkədə isə ölüm qeydə alınıb.

Terrorçuluq səviyyəsinə görə ən təhlükəsiz ölkələr arasında Belarus, Rumıniya, Xorvatiya Kuba kimi ölkələr yer alıb.