Cüdo üzrə açıq Bakı çempionatı keçiriləcək

20 Noyabr 2019 15:52 (UTC+04:00)

Noyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına start veriləcək.

SİA-nın məlumatına görə, noyabrın 22-dək davam edəcək yarışın birinci günündə qadınlar arasında 48, 57, 70, kişilərin mübarizəsində isə 60, 73 və 90 kiloqram çəki dərəcələrində cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.