Boks üzrə açıq Bakı birinciliyi yekunlaşıb

20 Noyabr 2019 15:42 (UTC+04:00)

Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb.

SİA-nın məlumatına görə, Boks Mərkəzində təşkil olunan yarışda 138 idmançı gücünü sınayıb.

Beş gün davam edən yarışın yekununda ən güclülərin adları müəyyənləşib. 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə Möhsün Həsənzadə (44 kq), Nihat Qurbanlı (46 kq), Mətin Məmmədov (48 kq), Tural Sarıyev (50 kq), Kamil Babayev (52 kq), Səid Abdullayev (54 kq), Tacı Tağızadə (57 kq), Sənan Hətəmov (60 kq), Asif Hüseynov (63 kq), Nicat Qurbanov (66 kq), Ənvər Babayev (70 kq), Murad Məhərrəmov (75 kq), Rəmiş Cəfərov (80 kq) və Rəşid Məmmədov (80 kq-dan yuxarı) birinci olublar.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.