Əfqanıstanda hərbi bazaya hücum olub 13 hərbçi həlak olub

20 Noyabr 2019 13:01 (UTC+04:00)

Əfqanıstanın şimal-şərqindəki Kunduz əyalətində hərbi bazaya hücum baş verib. SİA-nın verdiyi məlumata görə, hücum nəticəsində 13 hərbçi həlak olub.

Daha beş nəfərin isə yaralandığı bildirilir. Məlumata görə, hücum “Taliban” terror təşkilatının silahlıları tərəfindən həyata keçirilib. Qarşı tərəfin itkiləri barədə məlumat verilməyib.