“Azeri Light”ın bir barreli 66,32 dollara satılır

20 Noyabr 2019 10:05 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşır. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar geriləyərək 66,32 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.