İnqilab Məmmədov dünya çempionatının oyunlarına təyinat alıb

20 Noyabr 2019 10:34 (UTC+04:00)

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov noyabrın 21-dən dekabrın 14-dək Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb. SİA-nın məlumatına görə,Noyabrın 22-də keçiriləcək Braziliya – Oman görüşünün hakimi İnqilab Məmmədov olacaq.