Xalq artisti Röya xanıma
Səni gördüyüm gündən
Ağlım qaçıb başımdan
Qəlbimi də açmağa
Utanıram yaşımdan
Düşünürdüm məhəbbət
Mənim ilə qocalıb
Demək, mən yamlmışam
O, boy atıb, ucalıb
Ürəyimə od salıb
Mənə baxan gözlərin
Dərdimə bir məlhəmdir
Baldan şirin sözlərin
Sən mənim yuxumda yox,
Həyatımda Röyamsan
Can vermərəm ölümə,
Səndən cavab almasam
Gizli saxla bu eşqi
Düşməyək dildən dilə
Qoy bülbülün mən olum,
Sən də dön qızılgülə.
Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı