Senya Son Muğam Mərkəzində çıxış edəcək

20 Noyabr 2019 10:30 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı konsert proqramı ilə çıxış edəcək. Muğam Mərkəzindən SİA-ya bildirilib ki, pianoçu-bəstəkar Senya Son dekabrın 7-də çıxış edəcək.

O, Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirib. XX yüzilliyin əfsanəvi musiqiçiləri – Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb. O, müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsidir. S.Sonun ifasında başlıca məfhum ‒ ideya, fikirdir. İfaçı üçün düşünmək – yaratmaq deməkdir.

Senya Son Vyana klassiklərinin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Debüssinin artıq məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir.

Biletləri şəhərin kassalarından, iticket.az saytından onlayn əldə etmək olar.