Əfqanıstanda iki ABŞ əsgəri vertolyot qəzasında ölüb

20 Noyabr 2019 09:52 (UTC+04:00)

Əfqanıstanda vertolyot qəzasında iki ABŞ hərbçisi həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Əfqanıstandakı “Güclü Dəstək” missiyas məlumat açıqlayıb.

Açıqlamada qəzanın dəqiq səbəblərinin istintaqdan sonra təyin ediləcəyi bildirilib. Helikopterin qəzaya uğramasına "düşmən atəşi"nin səbəb olması barədə heç nə göstərilmir.

Ölənlərin adları qohumlarına bildirilməyincə açıqlanmır.