Hindistanda əlverişsiz havaların fəsadları açıqlanıb

19 Noyabr 2019 23:04 (UTC+04:00)

Hindistanda cari ilin musson mövsümündə əlverişsiz havalar səbəbindən 2391 nəfər ölüb, 800 mindən artıq yaşayış evi zədələnib. “Report” NDTV-yə istinadən xəbər verir ki, bu barədə parlamentin sorğusuna cavab verən hökumətin dövlət naziri Şri Nityanand Rai bildirib.

“Ştatlar və müttəfiq bölgələrdən əldə etdiyimiz məlumatlara görə, daşqınlar, leysan yağışları, torpaq sürüşmələri nəticəsində 2391 nəfər və 15729 baş iri mal-qara ölüb, 800067 ev zədələnib, 6,4 milyon hektar əkin sahələrinə ziyan dəyib” - deyə nazir qeyd edib.