Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

19 Noyabr 2019 22:03 (UTC+04:00)

Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib. Trend-in məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir. Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.