Amulsar məsələsində aciz Ermənistan hakimiyyəti

19 Noyabr 2019 17:17 (UTC+04:00)

Amulsar mədəninə gedən yol nə olur-olsun açılmayacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

Qəzeti yazır ki, parlament, hökumət və istintaq orqanlarının nümayəndələri Jermuk və Qndevaz icmalarının sakinləri ilə görüş keçiriblər. Bu görüşdə təxminən 130 nəfərin iştirak etdiyi bildirilir.

Nəşr Jermuk Vardan Ovannisyanın başlatdığı bu qapalı iclasın təfərrüatlarından xəbərdardır. Əsasən kurort, otel, turizm şirkətləri və müxtəlif ictimai təşkilatların nümayəndələrinin qatıldığı görüşə dəvətnamələr göndərən Ovannisyandır.

Ermənistan hakimiyyətinin hər vəchlə Amulsar mədəninin açılışına çalışdığı göz qabağıdadır və qapalı iclaslarda, müzakirələrdə də məqsəd yalnız yolun açılmasına nail olmaqdır. Şəxsən erməni baş nazir Nikol Paşinyanın özü də bir neçə dəfə Amulsarın qanunla icazə verildiyi təqdirdə istifadəsi barrədə bəyanatla çıxış edib və onun da məqsədi bu mədənin açılışını həyata keçirməkdir. Amma bütün bunlara baxmayaraq Ermənistan hakimiyyətinin səyləri görünür əbəsdir. Sakinlər cavab verirlər ki, hesabatlar, iclaslar, araşdırmalar onları razı sala bilməz və nə olursa olsun, yol açılmayacaq. Bir sözlə, Ermənistan hakimiyyətinin Amulsar məsələsində acizliyi günün reallığıdır.