Ermənistan hökumətində həyəcan siqnalı

19 Noyabr 2019 15:31 (UTC+04:00)

Ermənistan hökuməti daxilində son günlər ortaya çıxan geniş ictimai narazılıq və Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi ilə bağlı ciddi narahatlıq və həyəcan siqnalı artmaqdadır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzeti yazır.

Qəzet yazır ki, hakimiyyət şəbəkə mübarizəsinin sonsuz təzahürlərindən də çox qorxur. Bir zaman hərəkətsiz qalan siyasi qüvvələr müxtəlif cəbhələrdən hərəkətə keçib. Serj Sarkisyan olduqca maraqlı mesajlar göndərir, tələbələr Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini mühasirəyə alır, "Vernatun" ictimai-siyasi klubu da hökumət əleyhinə fəaliyyətini genişləndirir və sair bu kimi proseslər Ermənistan hakimiyyəti narahat etməyə bilmir. Çünki, artıq Nikol Paşinyanın komandasında olan çatlar bütün ictimaiyyətin nəzərindən yayına bilməz.