Diaspor, yoxsa diaspora TƏKLİF

19 Noyabr 2019 12:32 (UTC+04:00)

“Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətlərin görə” nəzərdə tutulduğu qeyd olunur. Lakin dünyanın bir çox ölkələrində bu söz diaspora kimi işlədilir. İngilis, rus dilində də bu ifadə belə işlənir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasına çıxış edərkən deyib.

O bildirib ki, diaspor sözü isə hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir addır: “Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi hidroksitlərlə işləmir. Komitənin fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır. Düşünürəm ki, biz də bu ifadəni həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora yazılmalıdır”.