Azərbaycanın U-21 komandası Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək

19 Noyabr 2019 10:41 (UTC+04:00)

Bu gün “Dalğa Arena”da, saat 18:00-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyunun baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.