Eldar Damlanın mahnısını bəyənmədi VİDEO

19 Noyabr 2019 10:22 (UTC+04:00)

"Eurovision 2011" qalibi Eldar Qasımov müğənni Damlanın mahnılarını tənqid edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Seçim yoxdur. İnsanlar ancaq bayağı musiqiyə qualq asır. Hansısa qeyri-peşəkar ifaçı elə mahnı ilə çıxır, çarxları vurub dağıdır, birinci pilləyə yüksəlir. Damlanın klipi yaxşı idi: rəngarəng geyimi, saçları var idi. Çox qəşəng görünürdü. Amma obraz mahnıya uyğun gəlmirdi. Peşəkar kimi deyirəm, mahnı yaxşı deyildi.

Dediklərimin insanlığına aidiyyəti yoxdur, çünki tanımıram. Ancaq "İnstagram"da üzünü görmüşəm. Amma mahnılarını bəyənmirəm.

Ümumiyyətlə, şou-biznes toyxanaya çevrilib. Bütün pullar toyxanadadır. Ona görə də toy-biznes olub".