Tbilisidə etiraz aksiyasının dağıdılması zamanı saxlanılanların sayı 37 nəfərə çatıb

19 Noyabr 2019 02:57 (UTC+04:00)

Tbilisidə parlament binası ətrafında keçirilən etiraz aksiyasının dağıdılması zamanı saxlanılanların sayı 37 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiyanın dağıdılması zamanı 6 nəfərin də xəsarət aldığı bildirilib. Onlardan ikisi polisdir.