Cem Yılmaz: "Azərbaycanlılar çox mədənidir"

18 Noyabr 2019 10:10 (UTC+04:00)

Türkiyəli şoumen Cem Yılmazın Bakı Konqres Mərkəzində planlaşdırılan konserti gerçəkləşib. SİA-nın məlumatına görə, o, gecədə "stand-up"ları ilə tamaşaçıları güldürüb.

Cem ilk növbədə Xalq artisti Miri Yusifdən bəhs edib. O, "Səndən bir dənədir" mahnısını "Məndən min dənədi" kimi oxumağa başlayıb. Yılmaz daha sonra Xalq artisti Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıdığını bildirib. O, "Deyəsən, Raufa məndən başqa qulaq asan yoxdur. Azərbaycanın Tarkanıdır" deyərək, hər kəsi güldürüb.

Konsert boyunca Tarkana, məşhur aşpaz Nusretə söz atan Cem Bakını tərifləməkdən də doymayıb. O, insanların çox mədəni olduğunu vurğulayıb:

"Özümü İstanbulda hesab edib, atım-tutum. Gedəndə pasportumu alsınlar. Sizi güldürmək üçün əlimdən gələni edəcəm. Çox mədənisiniz. İstanbuldan gələnlərə bu gün kobudam. Düşünmüyün ki, 700 manat verdik, bizi güldürmədi. Güldürəcəm. İstanbul bitdi, bundan sonra Bakıdayam. Bizdə tıxac çoxdur, bura yaxşıdır".