Suriya ilə bağlı Astana formatında görüş dekabra təyin olunub

18 Noyabr 2019 09:55 (UTC+04:00)

Suriya ilə bağlı növbəti görüşün dekabrın əvvəllərində Nur-Sultanda keçiriləcəyi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın XİN başçısı Muxtar Tleuberdi məlumat verib.

Bundan əvvəl görüş oktyabrın sonuna planlaşdırılsa da, konstitusiya komitəsinin çağırılması nəticəsində sammit noyabrın ortasına təyin edilmişdi.

"Planlara görə, görüş dekabrın əvvəllərində keçiriləcək”, - deyə Tleuberdi jurnalistlərə açıqlayıb.

O əlavə edib ki, XİN təminatçı ölkələr Rusiya, Türkiyə, irandan müraciət gözləyir.