Türkiyənin mövqeyi Ermənistanın kürkünə birə salıb

18 Noyabr 2019 09:31 (UTC+04:00)

Ermənistan Türkiyəni özü üçün təhdid hesab edir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Merilenddəki Amerika Dini Mərkəzində çıxışı zamanı ermənilərlə bağlı açıqlamalarına cavab vermək məcburiyyətində qalıb.

Məlumatda qeyd olunur ki, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə Prezidentinin qondarma soyqırımı rədd etməsindən narahatlığını gizlətməyib. Ələlxüsus, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycana hərbi-siyasi dəstək verən Türkiyəni Ermənistan özü üçün təhlükəsizlik təhdidi olaraq qaldığını hesab edir.
Türkiyənin Azərbaycanı dəstəkləməsi, qondarma soyqırımı rədd etməsi Ermənistanı kifayət qədər qorxuya salıb və bu qorxu özünü həmin ölkənin Xarici İşlər Nazirliyinin ifadələrində də biruzə verir. Bir sözlə, Türkiyənin mövqeyi Ermənistanın kürkünə birə salıb. Əbəs yerə deyil ki, Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyənin Ermənistana və erməni xalqına qarşı siyasətini yenidən nəzərdən keçirməli olduğunu bəyan edir, regional təhdidlərin azalmasını arzulayır.