“Azərbaycan tarixi” adlı layihə davam edir

18 Noyabr 2019 05:13 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “ASAN Radio” ilə birgə həyata keçirdiyi “Azərbaycan tarixi” adlı layihə davam edir.

SİA Tarix İnstitutuna istinadən bildirir ki, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində tariximiz azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim edilir. Növbəti buraxılış 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunub. Ekspert qismində AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxış edib.

Layihənin baş məsləhətçisi akademik Yaqub Mahmudov, ideya müəllifi və prodüseri isə “ASAN Radio”nun direktoru Emin Musavidir. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru “ASAN Radio”nun baş redaktoru İlkin Kərimovdur.