Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti qələbə xallarını qazanıb

18 Noyabr 2019 03:11 (UTC+04:00)

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 24-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Çertanovo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Kamran da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

“Ximki” 24 turdan sonra 49 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.