Gürcüstanın İmereti rayonunda meşə yanğını baş verib

18 Noyabr 2019 02:04 (UTC+04:00)

Gürcüstanın İmereti rayonunun Sxaltubo bələdiyyəsinə tabe olan Sormoni kəndində meşə yanğını baş verib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, bir neçə saat əvvəl başlayan yanğının söndürülməsi məqsədi ilə qurumun 8 yanğınsöndürmə briqadası əraziyə cəlb edilib.

Yanğının yayılma sahəsi açıqlanmayıb.