Portuqaliya millisi AVRO-2020-yə vəsiqəni təmin edib

18 Noyabr 2019 00:14 (UTC+04:00)

Portuqaliya millisi gələn il keçiriləcək Avropa çempionatına vəsiqəni təmin edib.

SİA xəbər verir ki, bu gün seçmə mərhələnin 10-cu turunda səfərdə Lüksemburqu 2:0 hesabı ilə məğlub edən komanda xalını 17-ə çatdıraraq qrup ikincisi kimi qitə çempionatında iştirak hüququnu qazanıb. Qolları Bruno Fernandeş (39-cu dəq.) və Kriştiano Ronaldo (86-cı dəq) vurublar.

Ukrayna millisi isə 20 xalla qrup birincisi olub.