Xəzər rayonunda "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb

17 Noyabr 2019 22:16 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.