ABŞ-ın San-Dieqo şəhərində üçü uşaq olmaqla 5 nəfər silahlı insident nəticəsində ölüb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Polisin bildirdiyinə görə, səhər saatlarında 911 xidmətinə zəng gəlib, telefonda isə ancaq mübahisə səsləri eşidilib. Daha sonra növbəti zəngi atışma səsləri eşidən qonşulardan biri edib.
Telekanalın bildirdiyinə görə, qadın evdə 4 uşağı ilə yaşayırmış. Onun həmin kişi ilə hansı əlaqəsinin olması hələ ki müəyyən edilməyib. Polis qatilin ölənlərdən birinin olduğunu hesab edir.