17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib

16 Noyabr 2019 18:11 (UTC+04:00)
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib. SİA AFFA-ya istinadən xəbər verir ki, Almaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub. Futbolçularımız turnirdə sonuncu oyununu noyabrın 19-da Qazaxıstan yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Millimiz ilk oyununda Yunanıstan yığmasına 1:6 hesabı ilə məğlub olub.