Azərbaycanda ana və azyaşlı övladı dəm qazından zəhərlənib

16 Noyabr 2019 19:21 (UTC+04:00)

Gəncə şəhərində ana və övladı dəm qazından zəhərlənib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Ozan küçəsində baş verib. İlkin məlumata görə, Gəncə şəhər sakinləri 34 yaşlı Gülnaz Tahirova və və onun 9 yaşlı oğlu Rəsul Tahirov dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma başlanılıb.