Murad: "Oğlum evimizin yeni qaydalarını müəyyənləşdirir" FOTO

16 Noyabr 2019 09:05 (UTC+04:00)

İki ay əvvəl ata olan aparıcı Murad Əzimzadə sosial şəbəkədə oğlu Atilla ilə birlikdə yeni fotosunu" yayımlayıb. SİA-nın məlumatına görə, o paylaşımına bu sözləri yazıb: "Hər gün əlini qaldırıb nitq söyləyir. Evimizin yeni qaydalarını özü müəyyənləşdirir. Xarakteri, hikkəsi, özünü sevməsi möhtəşəm görünür. Üzünü paylaşmağa da icazə vermir. Deyir bir yaşım olmamış olmaz".

Qeyd edək ki, Murad ötənilin aprelində Müjgan adlı xanımla ailə qurub.