Rembrandtın iki rəsm əsərini oğurlamağa çalışıblar

16 Noyabr 2019 07:23 (UTC+04:00)

Naməlum şəxslər Londonda “Dalich” qalereyasında məşhur holland rəssam Rembrandtın “İşıq” sərgisindən iki rəsm əsərini oğurlamağa çalışıblar. SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, həyəcan siqnalının işə düşməsi nəticəsində polis vaxtında qalareyaya gəlib.

Bu zaman tutulacaqlarından ehtiyatlanan oğrulardan biri təqib zamanı polisin üzünə naməlum bir maddə töküb. Hollandiyalı rəssamın oğurluq məqsədilə götürülmüş rəsmləri sonradan qalereyanın müxtəlif yerlərindən tapılıb. Oğrular rəsm əsərlərini apara bilməyiblər.

Faktla bağlı istintaq başladılıb.

Qalereyaya hücum edənlərin hansı rəsm əsərlərini oğurlamaq istədikləri açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 4-də açılışı olan sərgidə Rembrandtın 35 əsəri nümayiş etdirilir.