Ukraynada İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri həbs edilib

16 Noyabr 2019 00:26 (UTC+04:00)
Ukraynanın Kiyev vilayətində İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri həbs edilib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri olan Əl Bara Şişani adlı Gürcüstan vətəndaşı həbs edilib.