Azərbaycanda daha bir qətl: Bu dəfə ər arvadını öldürdü

15 Noyabr 2019 22:49 (UTC+04:00)
Gəncə şəhər sakini həyat yoldaşı bıçaqlayaraq qətlə yetirib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib. Belə ki,ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib. Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.