"Antalyaspor"da yeni baş məşqçi

15 Noyabr 2019 22:43 (UTC+04:00)

Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan məlumatda deyilir ki, Bülənt Qorxmaz istefa verməsindən sonra boş qalmış bu vəzifəyə Styepan Tomas təyin olunub. Onunla 2.5 illik müqavilə imzalanıb. Qeyd edək ki, "Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.