Fazil Mustafa: “Artıq bunu Almaniya polisi edir” RƏY-ÖZƏL

15 Noyabr 2019 16:39 (UTC+04:00)

"Xaricdə həbs olunan şəxslərin konkret kimə və hansı partiya ilə əlaqələri olduğu yalnız araşdırmadan sonra bəlli olacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Müsavat partiyasının yetkililəri isə açıqlama verdilər ki, həbs olunanların Müsavat partiyası ilə əlaqəsi yoxdur: "Həm də qeyd edirlər ki, tutulanların arasında Müsavat üzvi yoxdur. Amma hər halda ola bilər ki, Müsavat rəhbərliyi faktları əsaslı və əsasız inkar elə bilərlər, bunu da Azərbaycanın hüquq mühafizə orqanları araşdırıb, dəqiq faktlarla ortaya qoymalıdır. Ən azı Alman polisi tərəfindən bu addımın atılması onu göstərir ki, burda hansısa bir qərəzçikdən söhbət gedə bilməz. Yəni konkret fakta görə atılan addımdır. Azərbaycanda çox vaxt deyirlər ki, bu iqtidarın müəyyən dərəcədə qərəzidir, qəsdən qurduğu kampaniyadır. Artıq bu kimi fikirlər söyləmək mümkün deyil. Çünki, artıq bunu Alman polisi edir. Alman polisi də Azərbaycan hakimiyyətinin iradəsi ilə hərəkət etmir ki, nəsə ehtimallar irəli sürülsün Ona görə də burda olan məqamlar düşündürücü məqamlardır. Amma konkret şəxslərin məsuliyyətinə, partiya əlaqələrinə gəldikdə isə bunların ciddi araşdırılmasına zərurət var. Mən əvvəlcədən kimisə ittiham etmək istəmirəm. Bununla belə hansısa bir əlaqələr var ki, bu müəyyən dərəcədə gün işığına çıxdı. Eyni zamanda Azərbaycan hüquq mühafizə orqanları da dəqiq araşdırma aparıb, ortaya tutarlı dəlilər qoymalıdırlar ki, kimisə əsasız ittiham etmək olmasın. Kiminsə suçu varsa, yəni hansısa partiyanın bu məsələdə rolu varsa onlar üzə çıxarılmalıdır. Bu bir reallıqdır ki, əvvəldən bu şəbəkə vardı. Bir qrup insanlar siyasi fəaliyyətlə məşğul olmadan, bu cür çirkin vasitələrlə xaricidə sığınacaq almaq üçün özünü polisin dubinkasının altında bir şəkil çəkdirərək, istəklərinə müəyyən dərəcədə nail olurdular. İndiki vəziyyətdə hesab edirəm ki, bu həmin spekuliasiyalara son qoymaq üçün imkan yaradacaq".