Əliyar Ağayev AÇ-nin oyununu idarə edəcək

15 Noyabr 2019 14:43 (UTC+04:00)

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 18-də-də Ta Qalidəki Milli stadionda keçiriləcək Malta – Norveç oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. SİA-nın məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.